📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Dünyanın xəritəsi dəyişəcək, İstanbul üç yerə bölünəcək!”

2021-08-11 13:58:00

“Dünyanın xəritəsi dəyişəcək, İstanbul üç yerə bölünəcək!”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Boğaziçi Universitetinin İqlim Siyasəti Araşdırma Mərkəzinin müdiri professor Levent Kurnaz BMT-nin iqlim hesabatı ilə bağlı açıqlamasında qlobal istiləşmə nəticəsində təkcə Avropanın deyil, dünyanın da xəritəsinin dəyişəcəyini bildirib. Kurnaz deyib: “İstanbul 3 adaya bölünəcək. Bu, yaxın zamanda baş verməyəcək, lakin biz belə davam eləsək, əvvəl-axır bununla qarşılaşacağıq”.

Professor deyib: “Qlobal istiləşmə nəticəsində dünyadakı dəniz səviyyəsi təqribən 70 metr yüksələcək. Dəniz səviyyəsi 70 metr yüksəldiyi zaman hazırda olduğumuz məkanların çoxu suyun altında qalacaq. İstanbul 3 adaya bölünəcək. Bu, yaxın zamanda baş verməyəcək, lakin biz belə davam eləsək, əvvəl-axır bununla qarşılaşacağıq. Dünyanın hansı yerinin buzlaq, harasının səhra, harasının meşə olacağı da dəyişəcək. İndi Saxara səhrası dediyimiz yer 6 dərəcə şimala doğru sürüşəcək. Bu səbəbdən cənubda səhra olan bölgələrin bir qismi meşəyə çevrilməyə başlayacaq. Bu əsrin axırlarında Türkiyənin Trabzon, Samsun və İstanbul kimi şimal bölgələrinin iqlimi Antalya, Adana iqlimi kimi olacaq”.

“BMT iqlim hesabatı maraqlı məlumatlar verir. Hesabatda qarşımızdakı 100 il ərzində dəniz səviyyəsində təqribən 80 sm ilə 1 m arasında yüksəliş olacağı bildirilir. Təbii ki, dəniz səviyyəsinin bu cür yüksəlməsi İstanbul üçün də təhlükəli olacaq. Hesabata görə, dəniz səviyyəsinin 1 metr artması ilə Haliçin daxili rayonlarında və Küçükçekmece ətrafında dənizlə bağlı problemlər baş verə biləcəyi bildirilir”.

“BMT İqlim Hesabatında “Qərbi Antarktikanın artıq tam şəkildə əriyəcəyini təxmin etməyə bilərik” cümləsi var. Bu bölgədəki buzlaqların çox sürətli şəkildə əriməsi mümkündür. Bu buzlar erkən ərisə, İstanbul, İzmir kimi sahil şəhərlərində dəniz səviyyəsi çox sürətli şəkildə bir neçə metr artacaq. Bu vəziyyətə vətəndaş mövqeyindən yanaşsaq, ev alan şəxslərin dəniz kənarlarına üstünlük verməmələri lazımdır. Həmçinin, bələdiyyələr tikdirəcəkləri metro çıxışlarını dənizə sarı yox, quruya sarı yönəltməlidirlər”.

“Dəniz səviyyəsi bir metr artarsa, İstanbul Boğazında problemlər baş verə bilər. Dəniz sahilində olan evlərinin qarşısında divarlar çəkməyə məcbur olacaqlar. Həmçinin, Türkiyənin indiki kənd təsərrüfatı sahələrinin də mühüm bir hissəsi bundan zərər çəkəcək. Dəniz səviyyəsi bir metr yüksəlsə, dəniz yüz metr içəri girəcək”.

“İqlim dəyişikliyi nəticəsində yanğım, sel kimi hadisələrin gücü, sayı və sahəsi genişlənir. Yəni, 10 ildən bir baş verən təbiət hadisəsi 2 ildən bir baş verməyə başlayır. Yaxud da quraqlıq 6 ay əvəzinə 2 il davam edir”.