DünyaTakaiçi qələbəsini açıqladı - Trampdan dəstək gəldi
Dünən Yaponiyada keçirilən növbədənkənar ümumi seçkilərin qalibi Yaponiya Baş naziri Sanae Takaiçinin lideri olduğu Liberal Demokrat Partiyası (LDP) olub.
Hurriyyet.org yerli mediaya istinadən xəbər verir ki, LDP Milli Assambleyanın aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316-sını qazanaraq tarixi bir uğura imza atıb.
Takaiçi seçki nəticələri açıqlandıqdan sonra seçki kampaniyası vədlərini xatırladıb: "Verdiyimiz vədləri ardıcıl olaraq yerinə yetirmək üçün son dərəcə ağır bir məsuliyyət daşıyırıq".
Qələbədən sonra ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşım edərək Yaponiya Baş nazirini təbrik edib.
"Sanae Takaiçi və onun koalisiyasını bu çox vacib seçkilərdəki böyük qələbələri münasibətilə təbrik edirəm. Bu qədər böyük həvəslə səs verən gözəl Yaponiya xalqı həmişə mənim güclü dəstəyimi alacaq. Onun partiyası hazırda qanunverici orqanı idarə edir və İkinci Dünya Müharibəsindən bəri ilk dəfə tarixi üçdə iki səs çoxluğuna malikdir", - deyə o qeyd edib.