Dünyaya 500 il bəs edəcək – Türkiyənin nəhəng mədənləri
2023-06-06 16:27:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin təqribən 550 illik bor ehtiyatı var. Ölkənin ən keyfiyyətli bor mədəni isə Bursanın Kestelek kəndində yerləşir.
Bursa Texniki Universitetinin Mühəndislik və Təbiət Elmləri Fakültəsinin əməkdaşı olan Nazlı Akçamlı Türkiyənin təqribən 3,3 milyard ton bor ehtiyatına malik olduğnu söyləyib. Elm adamı qəzetə açıqlamasında deyib: “Dünyanın bor ehtiyatının 76%-nə malik olan Türkiyə müdafiə və hava sənayesi sahəsində sürətlə irəliləyir. Ümumilikdə ölkədə 550 illik bor ehtiyatı var. Bursanın Kestelek kəndində isə bu ehtiyat 5,5 milyon tona yaxındır”.
Hürr Tərcüman