"Dünyaya ağalıq etmək istəyənlərin bizdən öyrənəcəyi çox şey var" - MÜBARİZ GÖYÜŞLÜ
"Nəyin, necə olmasından asılı olmayaraq, nizami ordunun kütləvi şəkildə uşaq öldürməsi dövlətin terrorla məşğul olması düşüncəsini yaradır"
"Azərbaycan da müharibə apardı. Böyük bir problemi 44 günə həll etdi. Azərbaycan əsgəri mülki əhalinin yaşadığı yerlərdə hərbi əməliyyatlar aparmasına, nizami orduya qarşı döyüşməsinə baxmayaraq, uşaq, qoca, qadın öldürmədi. Qarşımızdakıların bizim uşağımızı, qocamızı, qadınımızı vəhşicəsinə qətl etməsi də bizi insani davranışdan məhrum edə bilmədi". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib.
Siyasi şərhçi bildirib ki, İraqda və Suriyada terrorizmə qarşı mübarizə aparan Türkiyə dövlətinin uşaq öldürməsi ilə bağlı bircə fakt da göstərmək mümkün deyil: "Əksinə, Türkiyə ordusu uşaqlara, qocalara, qadınlara rəhm edib, onlara dəstək olub. Sən İsrail dövlətisən. Dövlət, nizami ordu uşaq öldürməz. Nəyin, necə olmasından asılı olmayaraq, nizami ordunun kütləvi şəkildə uşaq öldürməsi dövlətin terrorla məşğul olması düşüncəsini yaradır. Dünyaya ağalıq etmək istəyənlərin bizdən, əsgərimizdən öyrənəcəyi çox şey var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az