📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Durov Makronun hansı təklifinə rədd cavabı verib? - ABŞ mətbuatının məlumatı

2024-08-28 10:39:50

Durov Makronun hansı təklifinə rədd cavabı verib? - ABŞ mətbuatının məlumatı

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makton hələ 2018-ci ildə "Teleqram"ın qurucusu Pavel Durova şirkətin mənzil qərargahını Parisə köçürməi təklif edibmiş. Bu barədə məlumatı "The Wall Street Journal" nəşri verib. Biznesmenlə siyasətçinin nahar süfrəsində söhbət etdikləri və bu görüş barədə indiyə qədər geniş ictimaiyyətə məlumat verilmədiyi xəbər verilir.
Nəşrin yazdığına görə, Durov öz şirkətinin baş ofisini Fransada yerləşdirməkdən imtina edib, lakin Fransa vətəndaşlığı almaq məsələsini qaldırıb.
Qeyd edilir ki, hazırda "Teleqram"ın mənzil qərargahının yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərində hakimiyyət bu tətbiqin səsli zənglərini əngəlləyib - səbəb şifrələnmiş zənglərin təhlükəsizliyə təhdid hesab edilməsidir.
Jurnalistlər  2017-ci ildə BƏƏ ilə Fransanın Durovun "Ayfon"unu (iPhone) qırmaq məqsədilə birlikdə əməliyyat apardıqlarını xatırladıb - səbəb bu tətbiqdən radikal dini təşkilatların istifadə eləməsi olub.
Hürr Tərcüman