Durovun həbsi "Teleqram"ın reytinqini yüksəltdi - ən böyük pulsuz "reklam"
2024-08-27 10:38:52
Hurriyyet.az xəbər verir ki, Pavel Durovun Parisdə saxlanılması "Teleqram" şəbəkəsinin dünyada daha da populyarlaşmasına səbəb olub. "Teleqram"ın yüklənmə sayı bütün dünyada, hətta proqramın əvvəllər populyar olmadığı ölkələrdə rekord dərəcədə artıb. "Teleqram" ABŞ-da ən populyar tətbiqləri reytinqində 18-ci yerdən 8-ci yerə yüksəlib, sosial şəbəkələr arasında ikinci yeri tutub.
Fransa da isə "AppStore" da yüklənən proqramlar arasında 3-cü, sosial şəbəkələr arasında 1-ci yerə yüksəlib.
Hürr Tərcüman