Duru yağlar 2 dəfə bahalaşdı - VİDEO
2022-11-01 21:34:00
Gündəlik tələbat mallarından olan duru yağların qiymətində artım var. Müşahidələr göstərir ki, bu yağların qiyməti iki ay əvvəllə müqayisədə elə ikiqat artıb.
Satıcılar da bu faktı təsdiqləyirlər. Onlardan bəziləri qiymət artımının 4-5 manat, bəziləri isə ümumilikdə 20-50 faiz olduğunu deyirlər.
Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə ciddir təsir etdiyini deyirlər.
Qiymət artımı alıcıları narazı salıb.
Ekspertlər bahalaşmaya səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərirlər. Bildirilir ki, yerli istehsal olan duru yağların da xammalı əsasən Ukraynadan gətirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Xəzər Xəbər