Düşmənin məzarına çevrilən “sarsılmaz” gizli qalası: “200 nəfər birdən içəri doluşmaq istədi…” - VİDEO
2020-ci ilin Vətən müharibəsinin komandanlarından olan general-mayor Mais Bərxudarov düşmənin gizləndiyi beton sığınacaq barədə məlumat verib.
Hurriyyet.az xəbər verir ki, Azərbaycan Ordusu düşmənin sarsılmaz saydığı istehkamları 1 gün ərzində yara bilib.
“Gördüyünüz bu beton panellər bir metr ölçüdədir. Giriş-çıxışı xüsusi hazırlanmış dəmir qapılardan ibarətdir. Düşmən uzunməsafəli səngərlər və tunellərlə bizim görmədiyimiz arxa nöqtələrdən ta buruna qədər, bizimlə üzbəüz olan atəş nöqtəsinə qədər gələ bilirdilər. İki səngərdən birinin uzunluğu 500, digəri isə 800 metrdir”, - M.Bərxudarov deyib.
General-mayor bildirib ki, ordumuz sentyarın 27-si artıq sözügedən sığınacaqda olub: “Düşmən inadla hücum edirdi. 200 nəfər bir, daha sonra 150 nəfər… Onlar buraya daxil olub çıxmaq istəmirdilər. Düşmənin qüvvəsini məhv etdik”.
Daha ətraflı süjetdə:
olke.az