Əbdürrəhman Vəzirov dəfn olundu - FOTO
2022-01-12 19:41:00
Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov dəfn olunub.
Əbdürrəhman Vəzirov bu gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əbdürrəhman Vəzirov yanvarın 10-da Moskvada müalicə aldığı xəstəxanada 91 yaşında vəfat edib.
Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub. O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub. Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.
Məqaləyə dair fotomateriallar:



APA