📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əbülfəs Qarayev: “Bakıda istirahət edirəm”

2022-05-24 23:20:00

Əbülfəs Qarayev: “Bakıda istirahət edirəm”

“Hazırda Bakı şəhərindəyəm, istirahət edirəm”

Hurriyyet.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında sabiq mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O, hələlik hansısa bir iş təklifi almadığını bildirib:

“Səhhətim də yaxşıdır. Heç bir problem yoxdur”, - deyə keçmiş nazir vurğulayıb.

Qeyd edək ki, Əbülfəs Qarayev 2020-ci ilin may ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.