Eçmiədzində yəhudi sinaqoqu tikilir
2022-10-28 13:24:00
Eçmiədzində yəhudi sinaqoqu tikilir. Belə ki, Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda və Avrasiya Biznes Klubunun rəhbəri Artur Asatryan tikintinin gedişi ilə tanış olublar.
Moskvada ictimai xadimlərin görüşü də baş tutub və burada erməni-yəhudi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Eçmiədzin yəhudi sinaqoqunun bütün Cənubi Qafqazda yəhudi mənəvi həyatının mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır. Hər iki tərəfdən dünyaya və innovasiyalara açıq münasibət, özünəməxsus milli kimliyi qoruyub saxlamaq istəyi, qabaqcıl texnologiyaların qəbuluna hazır olmaq kimi ümumi dəyərlər önə çəkilib.
Ülviyyə, Hurriyyet.az