📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əcnəbi qadını və uşaqlarını məcburi işlədən Babakişiyevə həbs cəzası verildi

2021-12-13 19:54:00

Əcnəbi qadını və uşaqlarını məcburi işlədən Babakişiyevə həbs cəzası verildi

Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə hökm oxunub. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirib. Nəticədə əcnəbi vətəndaş olan 1 qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, Babakişiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.