📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ədalət aradan qalxdıqdan sonra dövlət başqa bir mahiyyət alır" - Xaqani Cəfərli

2021-11-04 13:14:00

"Nə qədər ki, təhlüksizliyi ədalətdən önəmli hesab edəcəyik, təhlükəsizliyi təmin edəcəyini iddia edən biriləri önə çıxıb hüququmuzu məhdudlaşdırmaq imkanı qazanacaq"

"Dövlətin bir təsisat olaraq təhlükəsizliyi təmin etmək üçün deyil, ədaləti təmin üçün təsis edildiyinə inanmadan heç bir zaman hüququn üstünlüyünə, insan haqqlarına və demokratiyaya əsaslan firavan dövlət qura bilməyəcəyik". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, nə qədər ki, təhlüksizliyi ədalətdən önəmli hesab edəcəyik, təhlükəsizliyi təmin edəcəyini iddia edən biriləri önə çıxıb hüququmuzu məhdudlaşdırmaq imkanı qazanacaq: "Bu fəaliyyətini də dövlətin adı ilə həyata keçirəcək. Osmanlı sultanları arasında ən yüksək intellektuala malik hökmdar hesab olunan Fateh Sultan Mehmet belə deyib: "Ədaləti öldürdüyün gün dövlət də ölür". Yəni, ədalət aradan qalxdıqdan sonra xalqın dövlət adına yaratdığı təsisat dövlət olmaqdan çıxaraq başqa bir mahiyyət alır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az