📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub

2026-02-14 16:12:21

Ədalət Hacıyev Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin olunub

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.

APA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.

Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.