📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Edam cəzasından sağ çıxan Pike həbsxanaya köçürüldü

2026-10-11 11:18:00

Edam cəzasından sağ çıxan Pike həbsxanaya köçürüldü

ABŞ-də uğursuz edam cəhdindən sağ çıxan Krista Payk xəstəxanadan buraxıldıqdan sonra yenidən həbsxanaya köçürülüb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “ABC News” onun vəkillərinə istinadən məlumat yayıb.

Məlumata görə, Payk ölümcül inyeksiya vasitəsilə edam cəhdindən iki həftədən az müddət sonra xəstəxanadan evə deyil, həbsxanaya qaytarılıb. Onun vəkilləri daha əvvəl müvəkkillərinin sağalmasının uzun müddət davam edəcəyini bildirmişdilər.

Sentyabrın 30-da Tennessi ştatının Neşvill şəhərindəki həbsxanada Paykə ölümcül inyeksiya vurulub. Lakin yeddi iynədən istifadə edilməsinə baxmayaraq, edam həyata keçirilməyib və məhkum sağ qalıb.

Vəkilləri daha əvvəl Paykın trombositoz xəstəliyindən əziyyət çəkdiyini bildirərək inyeksiya zamanı qan laxtalanması və əlavə əzab riski barədə xəbərdarlıq etmişdilər.

Krista Paykın 200 ildən artıq müddətdə Tennessi ştatında edam edilən ilk qadın olması planlaşdırılırdı. Uğursuz edam cəhdindən sonra ştatın qubernatoru Bill Li hadisə ilə bağlı araşdırma aparılması barədə göstəriş verib. O, həmçinin 2026-cı ilə planlaşdırılan başqa bir edamı ləğv edib.