📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ədliyyə idarəsi ilə bələdiyyə arasında məhkəmə çəkişməsi

2024-05-29 16:17:44

Ədliyyə idarəsi ilə bələdiyyə arasında məhkəmə çəkişməsi

Bərdə rayon Samuxlu bələdiyyəsi məhkəməyə verilib. 

Hurriyyet.az xəbər verir ki, iddiaçı Bərdə Rayon Ədliyyə İdarəsidir. 

İdarənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. İş hakim Gülşən Əliyevanın icraatındadır. 

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. 

İşin təfərrüatları bəlli deyil. 

Samuxlu bələdiyyəsinin sədri Seymur Məmmədovdur. Onunla əlaqə saxlayıb məhkəmə çəkişməsinin detallarını öyrənməyə çalışsaq da, zəngimizə cavab vermədi. (qaynarinfo)