📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ədliyyə nazirinin səlahiyyətləri artırıldı

2024-05-22 21:31:29

Ədliyyə nazirinin səlahiyyətləri artırıldı

Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Hurriyyet.Az xəbər verir ki, fərmana əsasən ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.