Ədliyyə nazirliyində rəis təyinatı. Yeni rəis kimdir
2024-06-07 10:16:04
Hurriyyet.az
Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Vüqar Ağayev gətirilib. Qeyd edək ki, V. Ağayev 1980-ci ildə anadan olub. O bu vəzifəyə təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.