📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Eduard Məmmədov sevgilisinin ad günündə - VİDEO

2022-12-16 23:19:00

Eduard Məmmədov sevgilisinin ad günündə - VİDEO

“Ağ Canavar” ləqəbli azərbaycanlı kikboksçu Eduard Məmmədov yeni eşqə başlayıb.

Hurriyyet.Az olay.az-a istinadən xəbər verir ki, məşhur idmançı bir müddətdir stilist Şəhanə Mehrəliyeva ilə sevgilidir.  Hətta, E. Məmmədov ötən gün Ş. Mehrəliyevanın ad günündə iştirak edib. 26 qat dünya çempionu ciddi münasibətə başladığı stilisti özəl günündə tək qoymayıb.

Onların səmimi görüntüləri ad günündə iştirak edən qonaqlar tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Eyni zamanda, E. Məmmədov sevgilisinə ad günündə boyunbağı hədiyyə edib. Bu barədə stilist instaqram hesabında məlumat verib, hədiyyənin videosunu paylaşaraq idmançıya təşəkkür yazıb.

Qeyd edək ki, Eduard Məmmədov bir dəfə ailəli olub və ayrılıb.  Onun bu nikahdan əkiz övladı dünyaya gəlib.