📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ƏDV ilə bağlı şad xəbər: qanuniləşdi

2023-12-06 11:50:01

ƏDV ilə bağlı şad xəbər: qanuniləşdi

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklə ölkə vətəndaşlarının “ƏDV geri al” mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad olunması qanuniləşib.

Hurriyyet.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az məlumat verib.

Qeyd edək ki, bu il və əvvəlki dövrlərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması artıq qanuniləşir və onun hüquqi bazası formalaşır.

Xatırladaq ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30 faizi, nağd ödənişlər üzrə 5 faizi geri qaytarılır.