📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Efiopiya və Somali arasında müharibə Yəməndə və Qəzzada baş verənlərin davamıdır" - ZAUR MƏMMƏDOV

2024-01-16 14:57:49

"Səudiyyə Ərəbistanı baş verənlərə biganə yanaşmır və hətta baza tikməyi düşünür, Efiopiyanı dəstəkləyir, Çin, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İsrail, Fransa isə hadisələrə təsir edir və ya təsir imkanlarını nəzərdən keçirirlər"

"Efiopiya və Somali arasında müharibə Yəməndə və Qəzzada baş verənlərin davamıdır. Somali prezidentinin baş müşaviri bildirib ki, Somali Efiopiyanın Somaliland ərazisini tanımasına və orada liman tikməsinə mane olmaq üçün müharibəyə getməyə hazırdır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, Somali Somalilandı öz ərazisinin bir hissəsi hesab edir və sazişi etibarsız elan edib: "Somalinin paytaxtı Moqadişoda razılaşmaya qarşı mitinqlər keçirilərkən, prezident Həsən Şeyx Mohamud Somalililəri "vətəni müdafiə etmək üçün hazırlaşmağa" çağırıb. Buna səbəb Efiopiyanın Somalilanddə özü üçün keçid tikməsi və sulara çıxışı olmayan ölkənin okeana çıxışının əldə edilməsidir. Səudiyyə Ərəbistanı da bu nöqtədə baş verənlərə biganə yanaşmır və hətta baza tikməyi düşünür, Efiopiyanı dəstəkləyir. Çin, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İsrail, Fransa isə hadisələrə təsir edir və ya təsir imkanlarını nəzərdən keçirirlər".

Bakı Politoloqlar Klubunun rəhbəri əlavə edib ki, Ərəb Liqası isə mövcud vəziyyətlə əlaqədar yanvarın 17-də xarici işlər nazirləri səviyyəsində təcili onlayn iclas keçirməyə qərar verib: "Toplantıya Mərakeşin sədrlik edəcəyini bildirən Zəki bu qərarın Somalinin istəyi və 12 ərəb ölkəsinin dəstəyi ilə alındığını bildirib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az