Efiopiyada torpaq sürüşməsi - 20 nəfərdən çox ölü var
2024-07-22 20:48:26
Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Fana Broadcasting Corporate” dövlət radiosu məlumat yayıb.
Məlumata görə, sürüşmə ölkənin cənubundakı Qeze-Qofa bölgəsində baş verib. Rayon rəhbəri Misikir Mitiku bildirib ki, xilasedicilər artıq 20-dən çox meyit aşkarlamağa nail olublar.
Onun sözlərinə görə, sürüşmə bölgəsində xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.