📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əflatun Amaşov MŞ sədrliyindən gedir - sentyabrın 24-ü...

2022-09-06 16:12:00

Əflatun Amaşov MŞ sədrliyindən gedir - sentyabrın 24-ü...

Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub. Qurultay sentyabrın 24-ü keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.

Dia.az