Əfqan ordusu üçün nəzərdə tutulmuşdu – Ukraynaya göndərilə bilər
ABŞ hökuməti əvvəllər Əfqanıstan ordusu üçün ayrılmış helikopterləri və digər hərbi texnikanı Ukraynaya göndərmək planını nəzərdən keçirir.
Bu barədə “Wall Street Journal” məlumat yayıb.
ABŞ və Ukraynanın rəsmi mənbələrinə istinad edən Amerika nəşrinin iddiasına görə, Ukrayna ABŞ-dan əvvəllər Əfqanıstan ordusuna göndərilməsi planlaşdırılan hərbi texnikanı istəyib.
Ukrayna rəsmiləri məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə müzakirə edib, amma Ağ Evin Milli Təhlükəsizlik Şurası bunu hələlik təsdiqləməyib və hazırda problemə diplomatik həll yolu axtardıqlarını bildirib.
Sözügedən texnikalar arasında “Mi-17” tipli helikopter də var. Digər tərəfdən, bir Ukrayna rəsmisi ABŞ-dan “Stinger” hava hücumundan müdafiə sistemi almaq üçün hərəkətə keçdiklərini bildirib. \\Teleqraf.com