Əfqanıstan Orta Asiya dövlətləri ilə sərhədlərini yenidən çəkəcək - səbəb
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, sel suları Əfqanıstanın qonşu ölkələrlə - Özbəkistan, Türkmənistan və Tacikistanla sərhədlərini yuyub aparıb.
Əfqanıstan hökuməti yaxın zamanda bu ölkələrlə sərhədlərinin təkrar demarkasiyasını aparacaq. Bu barədə ölkənin sərvətlər naziri Əbdüllətif Mənsur məlumat verib.
"Podrobno.uz" portalının məlumatına görə, Özbəkistan-Əfqanıstan sərhədinin yenidən çəkilməsi çətinlik törətməyəcək - 144 kilometrlik sərhəd bütünlüklə Amudərya çayının məcrasına düşür.
Əfqanıstanın digər iki dövlət ilə sərhədlərinin müəyyənləşdirməsi çətinliklər yaradacaq - bu səbəbdən təkrar demarkasiya prosesinə ölkənin Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və kəşfiyyat xidməti cəlb olunacaq.
Hürr Tərcüman