Əfqanıstan XİN-in yaxınlığında partlayış - Ölən və yaralananlar var
2023-03-27 16:46:00
Kabildə Əfqanıstan XİN-in binası yaxınlığında partlayış baş verib.
Hurriyyet.az “İnterfaks”a istinadən xəbər verir ki, partlayış kamikadze tərəfindən törədilib.
İnsident nəticəsində 6 dinc sakin həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.
Hələ ki ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. (qafqazinfo)