“Əfqanıstanda baş verənlərə görə Bayden xəcalət içərisində istefa verməlidir”
Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda baş vermiş
hadisələrdən – paytaxt Kabulun “Taliban”ın əlinə
keçməsindən sonra ABŞ-ın eks-prezidenti Donald Tramp
Prezident Cozef Baydeni istefa verməyə çağırıb. Tramp öz
açıqlamasında deyib: “Əfqanıstanda baş verənlərə icazə
verdiyi üçün xəcalət içəsirində istefa verməsinin zamanı
gəldi”.
Tramp istefa çağırışı barəsində deyib: “Bu, mühüm bir şey
olmamalıdır. Çünki qanuni şəkildə seçilməyib”.
Trapm istefa çağırışından əvvəlki açıqlamasında isə
bildirmişdi: “Cozef Baydenin Əfqanıstanda törətdikləri
Amerika tarixinin ən böyük məğlubiyyətlərindən biri kimi
tarixə düşəcək”.
Bəlli olduğu kimi, 2020-ci ilin fevralında ABŞ ilə “Taliban”
arasında əldə edilmiş razılaşmaya görə, bu il beynəlxalq
hərbi qüvvələr Əfqanıstanı tərk eləməyə başlayıblar.