📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda cins şalvar geyinmək qadağan edilib

2024-09-26 18:03:21

Əfqanıstanda cins şalvar geyinmək qadağan edilib

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Əfqanıstanda "Taliban" hökuməti yeni qadağanlar tətbiq edib.
Avqustun axırında qüvvəyə minmiş yeni qadağanlar artıq dörd həftədir ki, tətbiq edilir.
Bu dəfəki qadağanlar kişilərlə əlaqədardır. Ölkədə yaşayan kişilərə yumruq uzunluğunda saqqal saxlamaq icbari olub. Kişilərə görünüş və davranış cəhətdən müsəlman olmayanları təqlid eləmək, o cümlədən cins şalvar geyinmək, qərb tipli saç düzümləri qadağan edilib.
Kişilərin həyat yoldaşlarından və yaxın qohumlarından başqa qadınlara baxması da qadağandır.
Hürr Tərcüman