📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda güclü partlayış: yaralılar var

2024-01-10 21:07:56

Əfqanıstanda güclü partlayış: yaralılar var

Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

Bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, "Taliban"a məxsus avtomobilin yanında qumbara partlayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət hələlik hadisə ilə bağlı şərh verməyib.\\Gundem.az