📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda güclü zəlzələ baş verdi

2023-03-21 21:46:00

Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Əfqanıstanın Bədəxşan əyalətinin Cirm kəndindən 38 kilometr cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, yeraltı təkanlar Özbəkistan, Qırğızıstan və Pakistan kimi qonşu ölkələrdə də hiss edilib.