Əfqanıstanda güclü zəlzələ oldu
2024-01-11 15:51:51
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Əfqanıstanın şimal-şərqindəki Badanşah Curm rayonunda, yerin 206 km dərinliyində, yerli vaxtla 13.52-də 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə açıqlamanı ABŞ Geoloji Tədqiqatlar Mərkəzi verib.
Zəlzələ paytaxt Kabul şəhərində, Əfqanıstanın şimal rayonlarında, Özbəkistan, Tacikistan və Pakistan kimi qonşu ölkələrdə də hiss olunub. Taliban rəhbərliyi dağıntıların və ya tələfatın olub-olmadığı barəsində hələ rəsmi açıqlama verməyib.
2023-cü ilin oktyabr atında Əfqanıstanın Herat vilayətində baş vermiş 5 və 6,5 bal gücündəki zəlzələlər nəticəsində 2500 nəfər həlak olmuşdu.
Hürr Tərcüman