📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda İŞİD-in cümə terroru davam edir? Məsciddə partlayış baş verdi

2021-10-15 15:49:00

Əfqanıstanda İŞİD-in cümə terroru davam edir? Məsciddə partlayış baş verdi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, bu gün Qəndəharda şiə  məscidində partlayış nəticəsində azı 32 nəfər həlak olub, 53 nəfər yaralanıb. Hələlik terror aktına görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

“Tolo News” telekanalı məsciddə ard-arda azı 3 partlayışın baş verdiyini bildirib.

Ötən cümə günü Kunduz vilayətindəki məsciddə partlayış zamanı azı 120 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdı.  Ondan əvvəl isə Əfqanıstanda daha iki partlayış baş vermişdi – Kabuldakı İdqah məscidində  (12 şəhid, 32 yaralı) və ölkənin şərqindəki Cəlilabaddakı mədrəsədə (7 şəhid, 15 yaralı) terror aktı törədilmişdi. Bütün bu terror aktlarında İŞİD yaraqlılarının əli olduğu bəlli olub.

Hürr Tərcüman