Əfqanıstanda məscid partladıldı
2022-02-11 15:46:00
Əfqanıstanda məscid partladılıb. Bu barədə Tolonews telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Partlayış ölkənin şimal-qərbində yerləşən Badgis vilayətinin Kalayi-Nau şəhərindəki məsciddə baş verib.
Hadisə insanların məscidi tərk etdiyi zaman baş verib. Partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
virtualaz.org