Əfqanıstanda məsciddə 100 nəfərin həlak olduğu terroru İŞİD törədibmiş
2021-10-09 14:47:00
Hurriyyet.az “Röyters” informasiya agentliyinə istinadən xəbər verir ki, dünən Əfqanıstanın Kunduz vilayətindəki məsciddə törədilən qanlı terror hadisəsinə görə məsliyyəti İŞİD öz üzərinə götürüb.
“Taliban”ın mətbuat nümayəndəsi Kunduzun Seyid Abad bölgəsindəki şiələrə məxsus məscidin cümə namazı zamanı baş vermiş terrorla bağlı istintaqın başlanıldığını bildirib. Terror nəticəsində 100 nəfərin həlak olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti İŞİD təşkilatı öz üzərinə götürüb.
Hürr Tərcüman