Əfqanıstanda musiqi qadağan ediləcək
2021-08-26 17:39:00
Hurriyyet.az xəbər verir ki, “Taliban”ın mətbuat katibi Zabihulla Mücahid “Nyu-York Tayms” nəşrinə müsahibəsində taliblərin islam qanunlarından dönmədən zəmanə ilə ayaqlaşacaqlarını bildirib. O, müsəlman əxlaqına zidd olduğu üçün musiqinin yasaqlanacağını bildirib: “İslamda musiqi qadağan edilib. Lakin biz ümid edirik ki, insanlara təzyiq göstərmədən öz xoşları ilə belə işlərdən uzaq durmağa inandıra biləcəyik”.
Hərəkat nümayəndəsinin sözlərinə görə, taliblər “onilliklərlə davam edən müharibə nəticəsində dağıdılmış ölkəni bərpa eləməyə” can atırlar: “Biz keçmişdə baş verənləri unutmağa və gələcək qurmağa çalışırıq”.