Əfqanıstanda qadınlar nümayişə çıxdılar
2021-09-02 16:26:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın Herat vilayətində qadınlar öz hüquqlarının müdafiəsi və dövlət idarəçiliyində onlara yer verilməsi tələbləri ilə nümayiş keçiriblər.
Qadınların keçmişdə olduğu kimi gələcək hökumətin də tərkibində iştirak etməsinə çağırış edən nümayişçilərin şüarlarında bildirilir ki, qadınlar olmadan qurulan hökumət “möhkəm və uzunömürlü” ola bilməz. Onlar həm də “Taliban” hərəkatına qarşı şüarlar səsləndiriblər.
“Tolo News” telekanalının verdiyi xəbərə görə, nümayiş iştirakçıları beynəlxalq ictimaiyyəti “əfqan qadınlarını unutmamağa” çağırıb.
Nümayişlərdə yerli fəallar, tələbələr və dövlət müəssisələrində işləyən qadınların iştirak elədiyi qeyd olunur.