📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda sərnişin avtobusu dərəyə aşdı: Azı 12 ölü var

2026-02-07 17:46:11

Əfqanıstanda sərnişin avtobusu dərəyə aşdı: Azı 12 ölü var

Əfqanıstanda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Xinhua"ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Bədəxşan vilayətində qeydə alınıb.

Nəticədə azı 12 sərnişinin öldüyü, üç nəfərin isə ağır yaralandığı deyilir.

Yerli rəsmilərin sözlərinə görə, qəza sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşması nəticəsində baş verib.