📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda son sutkalarda onlarla uşaq oldürülüb – BMT-nin Uşaq Fondu

2021-08-10 16:24:00

Əfqanıstanda son sutkalarda onlarla uşaq oldürülüb – BMT-nin Uşaq Fondu

Əfqanıstanda şiddətin artması nəticəsində son 72 saat ərzində ən az 27 uşaq öldürülüb, 136 uşaq yaralanıb.

BMT-nin Uşaq Fondu - UNICEF dünən yaydığı məlumatda bildirir ki, BMT Əfqanıstanda uşaqlara qarşı ciddi qanun pozuntularının sürətlə artmasından şoka düşüb: "Son 72 saatda Qəndəhar əyalətində 20 uşaq öldürülüb, 130 uşaq yaralanıb. Host əyalətində 2 uşaq öldürülüb, 3-ü yaralanıb. Paktia əyalətində 5 uşaq öldürülüb, 3-ü yaralanıb. Vəhşiliklər gün keçdikcə daha da artır. Bunlar rəqəmlər deyil. Bu ölümlərin və fiziki əzabların hər biri şəxsi faciədir". UNICEF-in Əfqanıstan nümayəndəsi Herve Ludovic De Lys açıqlamasında deyib ki, onların beynəlxalq humanitar hüquqa əsasən, müdafiə hüququ müharibə edən tərəflər tərəfindən nəzərə alınmayıb. Onun sözlərinə görə, bu vəhşiliklərin Əfqanıstanda onsuz da həssas uşaqlara qarşı edilən şiddətin sübutudur.

Xatırlaraq ki, son vaxtlar "Taliban" mülki şəxslərə və Əfqanıstan müdafiə qüvvələrinə hücumlarını artırıb və Əfqanıstanın bir neçə əsas rayonunu ələ keçirib.

UNICEF, uşaqların getdikcə silahlı qruplar tərəfindən münaqişəyə cəlb edildiyinə dair xəbərlərdən narahatlığını ifadə edərək, bir çox oğlan və qızların ailələrinə və cəmiyyətlərində başqalarına qarşı törədilən vəhşiliklərə şahid olduqları üçün ciddi zərbə aldığını aciqlayib: "Uşaqlar, uşaqlıqları ilə getdikcə pisləşən bu münaqişəyə görə hesab ödəməməlidirlər. Əfqanıstanın uşaqlarını yalnız döyüşlərin sona çatması qoruya bilər. Münaqişə getdikcə uşaqların inkişaf etmək hüququ pozulur, gələcəkləri təhlükəyə atılıb və millətlərinin gələcəyinə verə biləcəkləri töhfələr azalıb. Əlilliyi olan uşaqlar da daxil olmaqla bütün uşaqların indi qorunmağa, sülhə ehtiyacı var".

UNICEF, vasitəçilik səyləri göstərən bütün insanları, uşaqlara qarşı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.

L.SƏMLA

AzPolitika.info