Əfqanıstanda terror – həlak olanlar var
2021-11-12 17:07:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın şərqindəki Nanqarhar əyalətindəki məsciddə partlayış zamanı 3 nəfər həlak olub.
Yerli xəstəxananın həkimlərindən biri “Frans Press” agentliyinin müxbirinə deyib: “Partlayış nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb”.
Taliblərin adının çəkilməsini istəməyən təmsilçisi də Spinqar rayonunda cümə namazı zamanı məscidin partladılması faktını təsdiqləyib. Bu rayon İŞİD terror təşkilatının ocağı hesab edilir.
Hürr Tərcüman