Əfqanıstanda terror – ölənlər və yaralananlar var
2022-04-19 14:15:00
Hurriyyet.az “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabul şəhərində bir məktəbdə 2 bombanın partlaması nəticəsində 6 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Partlayışlar Kabulun Daşte Barçi rayonundakı Əbdürrəhim Şahid Liseyinin ətrafında baş verib.
Kabul Şəhər Polis İdarəsinin mətbat nümayəndəsi Xalid Zadran öz açıqlamasında partlayışlar nəticəsində 6 nəfərin həlak olduğunu, 11 nəfərin isə yaralandığını bildirib.
Hələlik, heç bir terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
Hürr Tərcüman