Əfqanıstanda zəlzələ - həlak olanlar var
2022-09-05 13:55:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Əfqanıstanda gecə saatlarında baş vermiş 5,2 bal gücündə zələzələ nəticəsində ilkin məlmatlara görə, 6 nəfər həlak olib, 9 nəfər yaralanıb. Zəlzələ ölkənin şərqindəki Kunar vilayətinin Nurgül rayonunda baş verib.
Təkanlar nəticəsində onlarla ev dağılıb.
Nangarhar vilayətində isə zəlzələ nəticəsində 30 nəfər yaralanıb.
Zəlzələ yerli saatla 02.27-də baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində olub. Təkanlar Pakistanda da hiss edilib.
İyunun 22-də Əfqanıstanın şərq vilayətlərini vuran 5,9 bal gücündə zəlzələdə 1200-dən artıq insan həlak olmuşdu.
Əfqanıstanda evlər gildən tikildiyi üçün zəlzələlər zamanı insan itkisi artır.
Hürr Tərcüman