📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfqanıstanda zəlzələ - yüzlərlə ölü və yaralı var

2022-06-22 15:59:00

Əfqanıstanda zəlzələ - yüzlərlə ölü və yaralı var

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Əfqanıstanda baş verən zəlzələ nəticəsində 920 nəfər həlak olub, 610 nəfər yaralanıb. Ölənlərin sayı sürətlə artır.

51 km dərinlikdə baş verən zəlzələnin mərkəzi Pakistan sərhədindəki Host vilayətində olub, silkələnmə Əfqanıstanın paytaxtı Kabul ilə yanaşı, Pakistanın paytaxtı İslamabad və Peşəvar şəhərlərində hiss edilib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzi zəlzələnin 6,1 bal gücündə olduğunu bildirib.

Hürr Tərcüman