Əfqanıstandan getdiyi deyilən Saleh açıqlama yaydı
2021-09-04 09:20:00
Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh ölkəni tərk etməsi ilə bağlı xəbərləri təkzib edib.
Hurriyyet.az xəbər verir ki, daha əvvəl “Times Now” Salehin Pəncşirin müqavimət qüvvələrinin liderləri ilə birlikdə ölkəni tərk edərək Tacikistana getməsi ilə bağlı məlumat yaymışdı.
“Ölkəni tərk etməyim və Əfqanıstan sərhədlərindən kənarda olmağımla bağlı xəbərlər düşmənin şayiəsidir. Mən Pəncşirdəyəm”, - deyə Saleh açıqlamasında bildirib.