“EGE Hospital”da robotik cərrahiyyə ilə prostat əməliyyatı - Azərbaycanda ilk!
2026-08-19 13:51:48
Bu gün Azərbaycan səhiyyəsində yeni bir səhifə açılır.
Hurriyyet.media xəbər verir ki, “EGE Hospital”da Azərbaycanda ilk dəfə robotik cərrahiyyə üsulu ilə prostat əməliyyatı həyata keçirilib.
Robotik radikal prostatektomiya - yüksək dəqiqliklə sidik saxlama funksiyası və erektil funksiyanın qorunmasına yönəlmiş sinir-qoruyucu cərrahi texnikaların icrasında qızıl standartdır.
Robotik cərrahiyyənin əsas üstünlüyü:
-Minimal invaziv yanaşma
-Yüksək cərrahi dəqiqlik
-Daha sürətli bərpa prosesi
Bir çox innovasiyalarda liderlik edən “EGE Hospital” Azərbaycanda robotik cərrahiyyənin də pioneri olub.