📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ege Hospital"da yeni doğulan körpə ölüb

2026-04-18 12:13:10

Bakıda yeni doğulan körpənin beyninə qan sızıb.

Hadisə paytaxtda yerləşən "Ege Hospital"da baş verib.

Belə ki, Şamaxı rayonu Mərzəndiyə kənd sakini L. Mikayılovanın dünyaya gətirdiyi uşağın beyninə qan sızıb, nəticədə körpə 16 apreldə ölüb.

Faktla bağlı araşdırma aparılır.