📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əgər Almaniya zavod tikərsə, vurulacaq - Zaxarova

2023-07-21 09:47:00

Əgər Almaniya zavod tikərsə, vurulacaq - Zaxarova

Belə bir zavod tikilərsə, Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın “Rheinmetall” konserninin Ukraynada sursat, tank və digər zirehli texnika istehsalı zavodu tikmək niyyətində olması barədə açıqlamasını şərh edərkən deyib.

Qeyd edək ki, Almaniyanın “Rheinmetall” konserni yaxın 12 həftə ərzində Ukraynada zirehli maşınlar zavodu açacağını bəyan edib.