📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı" - Elşad Hacıyev

2025-09-03 23:52:52

""Bəli" deməyə yaşı çatmayanların toyuna icazə yoxdur. Əziz valideynlər, yaşı çatmayan övladlarınızı evləndirməkdən çəkinin".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Zərdab rayonunda toy mərasiminin qarşısı niyə alınıb? Bilirsiniz ki, olmaz, qadağandır. Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı. Göz yummadıq, toyun dayandırılmasını təmin etdik, təşkilatçıları isə cinayət məsuliyyətinə cəlb etmədik. Bu, belə fikirdə olan insanlara siqnal olmalıdır. Unutmayın ki, təkcə hüquq və qanun deyil, cəmiyyət də erkən nikahları qəbul etmir. Qanuni tələblərə hər kəs hörmətlə yanaşmalı, rəhbər prinsiplərə əməl etməlidir", - deyə DİN rəsmisi qeyd edib. \\ Qaynarinfo