📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əgər onlar küçələrə çıxıblarsa, günah bizdədir” - Pezeşkian

2026-02-12 19:31:23

“Əgər onlar küçələrə çıxıblarsa, günah bizdədir” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən kütləvi etirazlar fonunda hakimiyyətin səhvlərini etiraf edərək, gənclərin narazılığının haqlı olduğun söyləyib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Qolestan vilayətinə səfəri zamanı etirazların kökündə hökumətin yarıtmaz fəaliyyətinin dayandığını bildirib.

Pezeşkian vurğulayıb ki, gənclərin küçələrə çıxması onların qayğılarına lazımi cavab verilməməsinin nəticəsidir və buna görə məsuliyyət birbaşa hakimiyyətin üzərinə düşür:

“Əgər gənclərimiz küçələrə çıxıblarsa, deməli, günah bizdədir”.

Xatırladaq ki, İranda 2025-ci ilin dekabrından iqtisadi böhran və valyutanın kəskin ucuzlaşması ilə başlayan etiraz dalğası qısa müddətdə genişmiqyaslı toqquşmalara çevrilmişdi.