Egey dənizində zəlzələ - Sunami gözlənilirmi?
2025-06-03 18:08:32
Hurriyyet.az xəbər verir ki, Yunanıstanın Krit adasının sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat verib.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 12,3 min nəfər əhalisi olan İerapetr şəhərindən 16 km cənub-şərqdə, 7 km dərinlikdə olub.
Dağıntı və təlafat barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Hürr Tərcüman