📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhaliyə sel təhlükəsi ilə bağlı - Çağırış

2024-06-10 14:48:14

Əhaliyə sel təhlükəsi ilə bağlı - Çağırış

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 13-nə qədər davam edəcək”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

A.Verdiyev gözlənilən sel və daşqın təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib:

“Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınlarla əlaqədar çayların sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmağı, təhlükəsiz yerdə durmaları tövsiyə edilir”.